Bakıda polis rəisinin müavininin və oğlunun güllələnməsinin səbəbləri bəlli olub - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda polis rəisinin müavininin və oğlunun güllələnməsinin səbəbləri bəlli olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 fevral 2014 21:20 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, silahlı insidentə səbəb rayonun Musabəyov küçəsində yaşayan Gülağa Lətifovun ərazidə aparmaq istədiyi tikinti ilə bağlı qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovla mübahisə etməsi olub.

Belə ki, qəsəbədəki 68 saylı orta məktəbin həyətində stadion üçün nəzərdə tutulmuş ərazidə çay evi tikdirmək istəyən Gülağa Lətifova Musabəyov küçəsində yaşayan sakinlər etiraz ediblər. Həmin küçənin daha bir sakini Nazim Süleymanov APA-ya deyib ki, G. Lətifov məktəbin balansında olan əraziyə daş tökdürərək qanunsuz tikintiyə başlamaq istəyib. Ona tikinti aparmaması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən də xəbərdarlıq edilib.

Lakin G. Lətifov bu gün tikintiyə başlayıb, sakinlər isə ona mane olmağa çalışıblar. Bu zaman G. Lətifov silaha əl atıb. Maşınında gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovu ağır yaralayıb, ərazidə olan digər qonşu Fərid Qədirov isə aldığı güllə xəsarətlərindən ölüb.

G. Lətifov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları ərazidə işləyir.

***

22:10

Bakı. Hafiz Heydərov – APA. Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə qonşular arasında baş verən mübahisə zəminində olub.

Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov Sabunçu qəsəbəsində yaşayır. Onun Gülağa (soyadı məlum deyil) adlı qonşusu ilə aralarında mübahisə düşüb. Gülağa yaşadığı evdən ov tüfəngini götürərək, A. Nəzərovun yaşadığı evə gəlib və onlara atəş açıb. Bu zaman güllələrdən biri qonşuları sakitləşdirmək istəyən digər qonşu Fərid Qədirova dəyib. O, aldığı güllə yarasından dünyasını dəyişib.

A.Nəzərov və oğlu Asif, həmçinin onların yanında olan daha bir qonşu, Yusif Əlipaşayev də güllə xəsarəti alıblar.

Polisdən həmçinin bildirilib ki, hadisəni törədən şəxs qaçıb, onu saxlamaq hələlik mümkün olmayıb.

Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR