BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib
# 17 fevral 2014 12:51 (UTC +04:00)

Bakı - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib.

BAXCP İdarə Heyəti "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan prezidentinin fevralın 13-də imzaladığı sərəncamı yüksək qiymətləndirib.

İdarə Heyətinin iclasında qeyd olunub ki, andlılar məhkəməsi institutunun tətbiqi ilə bağlı qanunvericilikdə yer alan müddəaların icrasına başlanması bu sahədə mövcud olan bir çox problemlərin aradan qaldırılmasına səbəb ola bilər.

BAXCP hesab edir ki, bu yolla məhkəmə sistemində ədalətin qorunmasına, insanların məhkəmə islahatlarının aparılmasında inamına nail olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR