Azərbaycanlı deputat Ermənistan nümayəndə heyətini ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında iştirak etməyə çağırıb

Azərbaycanlı deputat Ermənistan nümayəndə heyətini ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında iştirak etməyə çağırıb
# 13 fevral 2014 10:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində çıxışında Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova deyib.

ATƏT PA-nın İnsan haqları, demokratiya və humanitar məsələlər üzrə ümumi komitəsinin iclasında Ermənistan tərəfi assambleyanın sessiyasının Bakıda keçirilməsi ilə bağlı iradını bildirib. R. Aslanova isə bu iradın əsassız olduğunu söyləyib: “Mənim həmkarlarım bir neçə aydan sonra Bakıya gəlib əmin olacaqlar ki, bizim ölkədə tolerantlıq hökm sürür və insanlar sülh, əmin-amanlıq şəraitində yaşayır. Siz buna özünüz şahid olacaqsınız. Bakı sizləri qəbul etməyə hazırdır. Siz görəcəksiniz ki, Azərbaycan Qərbə istiqamətlənmiş demokratik ölkədir”.

Xatırladaq ki, ATƏT PA-nın növbəti sessiyası 28 iyun - 2 iyul tarixində Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR