Azərbaycanın “Baku Fires” boks komandası Rusiya komandasını məğlub edib - FOTOSESSİYA - VİDEO

Azərbaycanın “Baku Fires” boks komandası Rusiya komandasını məğlub edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 fevral 2014 20:43 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ev qarşılaşmasında komandamız qələbə qazanıb. “Baku Fires” komandası Rusiya kollektivini 3:2 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü 49 kq çəki dərəcəsində Xamza Nametov Bator Saqaluyevi məğlub edib. Hakimlərin qərarına əsasən, X.Nametov 2:1 hesabı ilə qalib gəlib.

56 kq çəkidə Məhəmməd Qurbanov Nikita Fedorçenko ilə üz-üzə gəlib və üstün tərəf olub. 64 kq-da Heybətulla Hacəliyevlə Maksim Dadaşev arasında keçirilib. Bu döyüşdə Rusiya idmançısı üstün olub.

75 kq çəki dərəcəsində isə Nikolay Veselov Pyotr Xamukbov qarşılaşmasında rusiyalı idmançı 0:3 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib.

Sonuncu həlledici döyüşdə isə 91 kq çəkidə bokçumuz Abdulqadir Abdullayev Aleksey Yeqorovu məğlub edərək “Baku Fires”ə qələbə qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR