Tehranda keçirilən beynəlxalq musiqi festivalında Azərbaycan da təmsil olunub - FOTO

Tehranda keçirilən beynəlxalq musiqi festivalında Azərbaycan da təmsil olunub - <span style="color: red;">FOTO
# 24 fevral 2014 08:09 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 23-də Tehranda keçirilən 29-cu Beynəlxalq “Fəcr” Musiqi Festivalı başa çatıb. APA-nın məlumatına görə, festivalda 16 ölkədən tanınmış ifaçılar və musiqi qrupları iştirak ediblər. Festivalda Azərbaycanı xalq artisti, tarzən Ramiz Quliyev təmsil edib. Tehranın məşhur konsert salonları – “Təlar Vəhdət”, “Niavaran”, “Honar” mədəniyyət mərkəzində keçirilən konsertlərdə tarzəni Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edib.

Dirijor Əyyub Quliyev APA-ya bildirib ki, təşkilatçıların qərarına əsasən professor Ramiz Quliyev “Fəcr” Beynəlxalq Musiqi Festivalının yüksək ali mükafatı olan “Qızıl çəng”lə təltif olunub: “Konsertlərdə iştirak edən İranın vitse-prezidenti, mədəniyyət naziri Əli Cənnəti, digər dövlət və mədəniyyət xadimləri görkəmli tarzənin ifasını böyük maraqla qarşılayıblar. Tarzənin parlaq ifasını xüsusi olaraq qeyd edən İran kütləvi informasiya vasitələri Ramiz Quliyevi “Tarın atası” və “Böyük ustad” adlandırıblar”.

Festival çərçivəsində İranın Mədəniyyət Nazirliyi tərəfindən İran Dövlət Musiqi Muzeyində professor Ramiz Quliyevin yaradıcılığına həsr olunan sərgi təşkil olunub. Qeyd edək ki, tarzən Azərbaycanı Fəcr Musiqi festivalında 5-ci dəfədir təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR