Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun filiallarının bağlanması məsələsinə yenidən münasibət bildirib

Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun filiallarının bağlanması məsələsinə yenidən münasibət bildirib
# 25 fevral 2014 11:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) filiallarının bağlanması və orada çalışan əməkdaşların işlə təminatı məsələsinə yenidən münasibət bildirib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin “Facebook” səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, institutun hər hansı filialının fəaliyyəti dayandırıldığı halda, orada çalışan əməkdaşların işlə təmin olunma məsələsi qanunvericiliyə uyğun həll ediləcək.

Suala cavab olaraq qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı ləğv olunmayıb. Sadəcə olaraq, bu ildən qeyd olunan filiala tələbə qəbulu planlaşdırılmayıb.

Qeyd edək ki, hazırda Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı fəaliyyət göstərir və bu il 4 filiala (Sumqayıt, Gəncə, Mingəçevir və Salyan) qəbulun aparılması nəzərdə tutulmayıb. Həmin filiallara qəbulun dayandırılması Azərbaycan Müəllimlər İnstitutu rəhbərliyinin Təhsil Nazirliyinə müraciəti əsasında reallaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR