Avropalı diplomatların Viktor Yanukoviçlə danışıqları davam edəcək

Avropalı diplomatların Viktor Yanukoviçlə danışıqları davam edəcək
# 21 fevral 2014 07:37 (UTC +04:00)

Bakı – APA. Avropalı diplomatların Ukrayna prezidenti Viktor Yanukoviç və müxalifət liderləri ilə danışıqları başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Röyters” agentliyinin Avropa Birliyindəki mənbəyə istinadən yaydığı məlumatda bildirilir.

Danışıqların günorta saatlarınadək bərpa olunacağı bildirilir.

“Danışıqlar çox çətin idi və bütün gecə davam edib. İndi fasilədir”, - deyə Avropa Birliyindəki mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR