Aleksandr Turçinov: “Moskva təmas qurmaq istəmir”

Aleksandr Turçinov: “Moskva təmas qurmaq istəmir”
# 12 mart 2014 02:45 (UTC +04:00)

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Aleksandr Turçinov “Frans Pres”ə müsahibəsində deyib.

“Onlar nə XİN səviyyəsində, nə də ki yüksək hökumət səviyyəsində təmas qurmaq istəmirlər”, deyə Turçinov bildirib.

Qeyd edək ki, martın 11-də Ukrayna parlamenti ABŞ, Böyük Britaniya və Rusiyaya müraciət edərək, ölkənin parçalanmasına yol verməməyə çağırıb.

Almaniya, öz növbəsində, Krım böhranının nizamlanması üçün işçi qrupun yaradılması təklifi ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR