Bakı-Novosibirsk aviareysi təxirə salınıb

Bakı-Novosibirsk aviareysi təxirə salınıb
# 14 fevral 2014 08:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gecə «Siberia Airlines» (S7 Airlines) şirkətinin bu gecə yerinə yetirilməsi planlaşdırılan Bakı-Novosibirsk aviareysi təxirə salınıb. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

«Bakıdan Novosibirskə saat 00:15-də yerinə yetirilməsi nəzərdə tutulan aviareys sərnişin sayının az olması səbəbindən təxirə salınıb. Məlumata görə, bu aviareys fevralın 21-də saat 00:15-də yerinə yetiriləcək», - deyə Bakı aeroportundan bildirilib.

Xatırladaq ki, Bakı-Novosibirsk aviareysi həftədə üç dəfə (II və VII günləri saat 13:00-da, V gün isə saat 00:15-də) yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR