Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub
# 12 aprel 2014 20:44 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:17-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR