Qarabağ müharibəsi və 20 Yanvar əlilləri minik avtomobilləri ilə təmin edilib - FOTO - VİDEO

Qarabağ müharibəsi və 20 Yanvar əlilləri minik avtomobilləri ilə təmin edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 aprel 2014 09:27 (UTC +04:00)

Bakı-APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilini “Naz-Lifan” markalı minik avtomobilləri ilə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həmin şəxslərin 95 nəfəri Qarabağ müharibəsi, digərləri 20 Yanvar əlilləridir.

Bununla da 2014-cü ilin 1 yanvar tarixinə növbədə dayanmış 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 200 nəfəri avtomobillə təmin olunub. Növbədə olan 475 nəfər vətəndaşın da cari ilin sonuna qədər xüsusi avtonəqliyyatla təminatı başa çatdırılacaq. Bu gün verilən maşınlar da daxil olmaqla minik avtomobili alan əlillərin sayı artıq 4 mini ötür.

Tədbirdə çıxış edən Qarabağ müharibəsi və 20 Yanvar əlilləri əlilliyi olan şəxslərə dövlət qayğısından danışıb, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara təyin olunan Prezident təqaüdlərinin, habelə sosial müavinətlərin cari ilin 1 aprel tarixindən artırılmasının bu təbəqədən olan insanlara növbəti qayğı olduğunu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR