İmişlidə ev yanıb

İmişlidə ev yanıb
# 19 sentyabr 2016 20:16 (UTC +04:00)

Bakı-APA. İmişlidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti, mətbəxdə stol və 4 ədəd stul yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 9 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR