Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Qubada ölümlə nəticələnən yol qəzası baş verib
# 29 sentyabr 2015 10:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qubada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 28-də saat 20 radələrində Quba rayonunun 2-ci Nügədi kəndində kənd sakini Nəsib Qubadov idarə etdiyi “VAZ-2105” markalı avtomobillə yolu keçən həmkəndlisi Sərvinaz Mirzəliyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş S.Mirzəliyeva orada ölüb.

Quba rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR