Yağış yağacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə sulu qar gözlənilir - XƏBƏRDARLIQ

Yağış yağacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə sulu qar gözlənilir - <span style="color: red;">XƏBƏRDARLIQ
# 05 sentyabr 2016 10:45 (UTC +04:00)

Bakı - APA. Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 19-23° isti, gündüz 25-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-19° isti olacağı gözlənilir.

Sentyabrın 6-7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayr-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR