İtaliyanın “L`Opinione” qəzetində Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilib

İtaliyanın “L`Opinione” qəzetində Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilib
# 15 aprel 2016 20:21 (UTC +04:00)

Bakı-APA. Aprelin 15-də İtaliyanın “L`Opinione” qəzetinin internet portalında tədqiqatçı-jurnalist Domeniko Letiziyanın “Dağlıq Qarabağ münaqişəsinə milli və beynəlxalq reaksiya” adlı məqaləsi işıq üzü görüb.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, müəllif məqalədə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün onu doğuran əsas səbəbin, yəni Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulmasının zəruri olduğunu, BMT TŞ-nin dörd qətnaməsi, BMT Baş Assambleyası, Avropa Şurası və Avropa Parlamentinin sənədlərində erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının aydın qeyd olunduğunu vurğulayıb.

Ermənistan tərəfdən ASALA beynəlxalq erməni terrorçu təşkilatının üzvlərinin döyüşdə iştirak etdiyinə dair sübutların mövcudluğunu qeyd edən müəllif Azərbaycanın işğal olunmuş ərazilərinin beynəlxalq nəzarətdən kənarda qalması səbəbindən ermənilərin həmin ərazilərdə qeyri-qanuni olaraq narkotik maddələr yetişdirdiyini və bundan əldə edilən vəsaitlə həmin ərazilərdəki erməni terrorist təşkilatlarını maliyyələşdirdiyini vurğulayıb.Ermənistan tərəfindən münaqişənin dini kontekstdə təqdim edilməsi cəhdinə cavab olaraq, Azərbaycanın dünyəvi, tolerant, xristian və yəhudilərin sülh içində yaşadığı bir ölkə olduğu qeyd olunub. Azərbaycanın xristian aləmi ilə münasibətlərinin yüksək səviyyədə olması və cari il oktyabr ayında Papa Françeskonun ölkəmizə səfərinin nəzərdə tutulduğu bildirilib.

Müəllif məqaləsində Ermənistan-Azərbaycan münaqişəsi və təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı İtaliya parlamentinin üzvləri olan İtaliya-Azərbaycan Dostluq Qrupunun sədri, “Şimal Liqası” partiyasının üzvü senator Sercio Divina, Senatın Müdafiə Komitəsinin sədri Nikola Latorre, Demokrat Partiyasının üzvü deputat Kristina Barcero, İtaliya İrəli - Azadlıq Xalqı Partiyasının üzvü senator Mariya Rizotti, “5 ulduz hərəkatı” partiyasının üzvü senator Canluka Kastladinin mətbuatda yaydıqları Azərbaycanın mövqeyini dəstəkləyən və münaqişə ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyinə çağıran bəyanatlarına geniş yer verib.

Sonda müəllif İtaliya hökumətinə münaqişə ilə bağlı qəbul olunmuş BMT qətnamələrinə əməl edilməsinə və bölgədə sülhün bərqərar olmasına töhfə verməklə bağlı çağırış edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR