Hacıqabulda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb

Hacıqabulda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb
# 02 iyun 2016 05:58 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda baş verən avtoqəzada ər və arvad xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saat 6.00 radələrində Bakı-Qazax magistralının 130-cu kilometrliyində, Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.

Ağdam rayonunun Baharlı kənd sakini, 1993-cü il təvəllüdlü Baxşəliyev Əli Adil oğlunun idarə etdiyi “Mercedes” markalı 10 MD 420 dövlət nömrə nişanlı avtomobil yolayrıcı betona çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin-sürücünün həyat yoldaşı 1995-ci il təvəllüdlü Baxşəliyeva Nərgiz Nazim qızı kəllə-təpə nahiyəsinin xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ-də araşdırma aparıır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR