Sərhədçilər dənizin ortasında buyda 600 qrama yaxın narkotik aşkarlayıblar

Sərhədçilər dənizin ortasında buyda 600 qrama yaxın narkotik aşkarlayıblar
# 23 iyun 2016 12:36 (UTC +04:00)

Bakı - APA. İyunun 20-də qabaqlayıcı əməliyyat məlumatı əsasında Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsi Cənub şöbəsinin sərhəd gözətçi kateri ilə buylara baxış zamanı 2 bağlamada 476 qram həşişə və 112 qram kokosa oxşar narkotik maddələr aşkar olunaraq götürülüb.

Bu barədə APA-ya DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR