Azərbaycan prezidenti Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
# 27 sentyabr 2016 09:42 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, mərkəzin binasının tikintisinə ötən ilin noyabrında başlanılıb. Tikinti-quraşdırma işləri daxili imkanlar hesabına aparılıb. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 4100 kvadratmetrdir. Burada iki konfrans zalı, nikah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana yaradılıb. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərir. Burada 25-30 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR