Qaxda 58 yaşlı qadın intihara cəhd edib

Qaxda 58 yaşlı qadın intihara cəhd edib
# 28 noyabr 2015 20:35 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda 58 yaşlı qadın intihara cəhd edib. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 28-i səhər saatlarında Qax şəhəri Vaqif Eyvazov küçəsi ev 52 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Şahpəri Qurban qızı Omarova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 58 yaşlı qadın intihar etmək məqsədi ilə sirkə turşusu içib. Xəstəxananın reanimasi şöbəsində müalicə alan Şahpəri Omarovanın vəziyyəti hazırda orta-stabil olduğu bildirilir. Məlumatda o da bildirilir ki, Şahpəri Omarov uzun illərdi əsəb xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR