Yardımlıda 7 otaqlı ev yanıb

Yardımlıda 7 otaqlı ev yanıb
# 05 dekabr 2015 01:29 (UTC +04:00)

Bakı-APA. Yardımlıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yardımlı rayonu, Ünəş kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 186 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR