Dağlıq Qarabağda döyüşlərdə üç erməni hərbçi öldürülüb

Dağlıq Qarabağda döyüşlərdə üç erməni hərbçi öldürülüb
# 18 dekabr 2015 10:47 (UTC +04:00)

Bakı - APA. Erməni silahlı bölmələri cəbhədə gedən döyüşlərdə xeyli itki verib.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, dekabrın 17-dən 18-nə keçən gecə Dağlıq Qarabağda gedən döyüşlərdə iki erməni hərbçi öldürülüb.

Öldürülən hərbçilər 1996-cı il təvəllüdlü Ağası Qriqoryan və 1996-cı il təvəllüdlü Ruben Aleksanyandır.

Dekbarın 17-də separatçılar daha bir itki veriblər. Hələlik müəyyən olunmamış səbəblərdən müqavilələri hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Qor İhanyan ölüb.

Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətininin Voskepar kəndində isə bu gün iki nəfər minaya düşüb. Onlar yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Azərbaycan Ordusu da dekabrın 17-də cəbhədə itki verib. Müdafiə Nazirliyi bir hərbçinin şəhid olduğu barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR