İranda helikopter qəzaya uğrayıb, 10 nəfər ölüb

İranda helikopter qəzaya uğrayıb, 10 nəfər ölüb
# 25 mart 2016 20:13 (UTC +04:00)

Bakı-APA. İranın Şiraz şəhərində helikopterin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, helikopterin göyərtəsində ekipaj üzvləri ilə yanaşı həkimlər və xəstəxanaya çatdırılmalı olan xəstə olub.

Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR