Baş Prokurorluq: Astarada baş verən yol qəzası ilə bağlı iki maddə üzrə cinayət işi başlanıb

Baş Prokurorluq: Astarada baş verən yol qəzası ilə bağlı iki maddə üzrə cinayət işi başlanıb
# 13 may 2016 10:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Baş Prokurorluq Ələt-Astara magistralında baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı fakta görə Astara rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını poza, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

E. Sultanov həmçinin qeyd edib ki, qəza nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisə yerindən qaçan yük avtomobilinin sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilərək tutulması istiqamətində təxirəsalınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 2 sərnişinin öldüyü, 9 nəfərin müxtəlif bədən xəsarətləri aldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR