"Bank Respublika" bu ilin I yarısını 2 mln. manata yaxın zərərlə başa vurub

"Bank Respublika" bu ilin I yarısını 2 mln. manata yaxın zərərlə başa vurub
# 15 sentyabr 2015 09:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il I yarımilliyində “Bank Respublika”nın aktivlərinin həcmi 695,714 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38,97% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10,89% artaraq 329,043 mln. manat olub.

Depozit portfeli 2015-ci ilin ilk altı ayında 456,940 mln. manata çatıb ki, bu da illik müqayisədə 37,81% artım deməkdir.

Hesabat dövründə bankın məcmu kapitalı 16,13% artaraq 70,901 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 37 mln. 461 min manat təşkil edib.

Bankın gəlirləri illik müqayisədə 30,40% artaraq 41,851 mln. manata çatıb. Xərcləri isə 18,63% artaraq 27,141 mln. manat olub.

Qeyd edək ki, bank cari ilin I yarım ili 1 mln. 821 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR