Bakıda ticarət mərkəzində yanğın olub

Bakıda ticarət mərkəzində yanğın olub
# 08 noyabr 2015 12:45 (UTC +04:00)

Bakı – APA. Bakının Nəsimi rayonunda ümumi sahəsi 220 kv.m olan ticarət mərkəzinin çöl divarına quraşdırılmış elektrik qutusunda 2 ədəd elektrik sayğacı və 2 ədəd elektrik qoruyucu yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, ticarət mərkəzi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR