Sumqayıtda 75 yaşlı qadının mənzilində meyiti tapılıb

Sumqayıtda 75 yaşlı qadının mənzilində meyiti tapılıb
# 06 yanvar 2016 16:00 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 1941-ci il təvəllüdlü Dorma Qalina Fyodorovna bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

Q.Dormananın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:18-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR