Gəncə-Naxçıvan aviareysi üzrə sərnişindaşıma xidmətinin tarifi artırılıb

Gəncə-Naxçıvan aviareysi üzrə sərnişindaşıma xidmətinin tarifi artırılıb
# 05 aprel 2016 16:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında Gəncə-Naxçıvan aviareysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib.


Şuradan "APA-Economics"ə verilən məlumata görə, bu qəraradək tarifin yuxarı həddi 49 manat idi.


Tariflər 2016-cı il 6 aprel tarixindən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR