Müsavat Partiyası efir üçün İctimai Televiziyaya müraciət edəcək

Müsavat Partiyası efir üçün İctimai Televiziyaya müraciət edəcək
# 11 yanvar 2016 13:54 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, partiya ölkədə yaranan iqtisadi böhrandan çıxış yolunun tapılmasında medianın da məsuliyyət daşıdığını vurğulayaraq, AzTV və İTV televiziya kanallarında mütəxəssislərin, siyasi partiyaların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkədəki sosial və iqtisadi vəziyyətlə bağlı ictimai diskussiyaların təşkilinin vacibliyini bəyan edib.

Divanda “İctimai televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq İctimai Televiziyadan çıxış üçün efir vaxtının ayrılması ilə bağlı müraciət olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR