Azərbaycanın rayonlarında uşaq psixi sağlamlıq kabinetləri yaradılacaq

Azərbaycanın rayonlarında uşaq psixi sağlamlıq kabinetləri yaradılacaq
# 22 iyun 2016 14:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın 5 rayonunda uşaq psixi sağlamlıq kabinetləri açıqlacaq. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin (PSM) direktoru Fuad İsmayılov APA-ya açıqlamasında deyib ki, yeni uşaq psixi sağlamlıq kabinetləri səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Lənkəran, Şirvan, Mingəçevir, Gəncə, Qubada yaradılacaq. Onun sözlərinə görə, bunlar bölgələrdəki uşaq polinlinikalarının bazasında fəaliyyət göstərəcək və uşaqlar uçün psixi sağlamlıq xidmətləri göstəriləcək.

Bunun çox vacib məsələ olduğunu deyən F.İsmayılova qeyd edibki, autizm, defisit, inkişafdan geri qalan uşaqlara psixi sağlamlıq kabinetlərində müxtəlif mütəxəssislər tərəfindən kompleks yardım göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR