Bakıda “vəhhabi”lərə qarşı xüsusi əməliyat keçirilib, saxlanılanlar arasında Qamət Süleymanovun müavini də var - VİDEO

Bakıda “vəhhabi”lərə qarşı xüsusi əməliyat keçirilib, saxlanılanlar arasında Qamət Süleymanovun müavini də var - <span style="color: red;">VİDEO
# 23 oktyabr 2015 11:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini olmuş Adil Rəcəbov da var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı “haqqın.az” saytı MTN-in İctimaiyyətlə Əlaqə İdarəsinə istinadən yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR