DSMF sədri Şirvanda vətəndaşları qəbul edib - VİDEO

DSMF sədri Şirvanda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 22 oktyabr 2015 09:33 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Açıq qapı” formatında təşkil olunan qəbulda sakinlərin əsasən pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlərinə baxılıb. Görüş zamanı həmçinin, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.

Fondun sədri vətəndaşları narahat edən problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Qəbul zamanı 30-dan çox vətəndaşın müraciətinə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR