Əfqanıstanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olunub

Əfqanıstanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olunub
# 26 oktyabr 2015 13:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində 63 nəfər ölüb.

APA-nın RİA "Novosti”yə istinadən verilən məlumata görə, 7,5 bal gücündə zəlzələ nəticəsində 21 Əfqanıstan vətəndaşı həyatını itirib.

Ölənlərdən 12-si Tahat vilayətində məktəbdən çıxmaq istəyərək basabasda qalan qız uşaqları olub.

Əfqanıstanda baş verən zəlzələ nəticəsində Pakistanda ölənlərin sayı isə 42 nəfərdir. Ölümlər Sialkon və Multan şəhərlərində qeydə alınıb.

Zəlzələnin ocağı Əfqanıstanın Curm şəhərindən 45 km cənub-qərbdə, 212,5 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR