Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb
# 20 iyun 2016 16:08 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, görüş Peterburqun Konstantinov Sarayında keçirilir.

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.

Bundan əvvəl isə V. Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrılıqda görüşlər keçirib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə işçi naharı da olub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR