Avro manata qarşı 1% bahalaşıb

Avro manata qarşı 1% bahalaşıb
# 19 yanvar 2016 06:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün yanvarın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi yüksəlib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 18-i ilə müqayisədə 0,0158 manat və ya 1% artaraq 1,6028 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,91% və ya 0,0158 manat artaraq 1,7451 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49% azalaraq 0,0202 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR