Moskvada qanunsuz kürü satışı ilə məşğul olan azərbaycanlılara qarşı cinayət işi başlanıb

Moskvada qanunsuz kürü satışı ilə məşğul olan azərbaycanlılara qarşı cinayət işi başlanıb
# 16 mart 2016 07:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Moskvada sağlamlıq üçün təhlükəli olan nərə balığı kürüsünün qanunsuz satışı ilə məşğul olan azərbaycanlılarla bağlı cinayət işi başlanıb.

APA-nın Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İstintaq İdarəsinə istinadən verdiyi məlumata görə, 3 Azərbaycan vətəndaşı 2015-ci ilin martından dekabrına kimi təhlükəsizlik tələblərinə riayət etmədən qara kürü satışı ilə məşğul olub. Ötən ilin dekabrında Rusiya Baş İstintaq İdarəsi və operativ xidmət əməkdaşlarının birgə fəaliyyəti nəticəsində həmin şəxslər saxlanılıb və 10 kiloqram nərə balığı kürüsü satışdan götürülüb.

Daha sonra aparılan ekspertiza nəticəsində məhsulun sağlamlıq üçün təhlükəli olduğu müəyyənləşib. Hər 3 şübhəli şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin təhlükəsizlik tələblərinə cavab verməyən məhsulun satışı maddəsi ilə cinayət işi başlanıb. Bu maddə 6 il azadlıqdan məhrum edilmə cəzasını nəzərdə tutur.

Hüquq-mühafizə orqanları qanunsuz satışda iştirak edən digər şəxslərin də aşkarlanması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR