Bu il Azərbaycanda 14,2 min nikah, 3,2 min boşanma qeydə alınıb

Bu il Azərbaycanda 14,2 min nikah, 3,2 min boşanma qeydə alınıb
# 17 may 2016 15:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mar ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 14,2 min nikah və 3,2 min boşanma halları qeydə alınıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən məlumatlına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,0, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycana daimi yaşamaq üçün 717 nəfər gələn və 363 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 354 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR