Şirvanda çətənə koları əkib-becərən şəxs saxlanılıb

Şirvanda çətənə koları əkib-becərən şəxs saxlanılıb
# 06 sentyabr 2016 15:39 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan sakininin həyətindən çətənə kolları aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatın görə, Şirvan Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməlliyyat tədbirləri çərçivəsində Şirvan sakini, 1969-cu il təvəllüdlü Xavəndi Bəxtiyar Sədulla oğlunun Füzuli küçəsi 8/26 ünvanında yerləşən həyətində çətənə kolları əkdiyi müəyyənləşdirilib. Həyətyanı sahəyə baxış keçirilərkən orada yerləşən istixanada və yarımtikilidə 15 ədəd 1,5 və 2 metr hündürlükdə xüsusi qulluq göstərilmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR