V çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib

V çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib
# 02 dekabr 2015 12:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün V çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib.

"APA-Economics"in xəbərinə görə, iclası açıq elan edən komitənin sədri Ziyad Səmədzadə V çağırış Milli Məclisin deputatı seçilmələri münasibətilə komitə üzvlərini təbrik edib, onlara qarşıdakı 5 ildə müvəffəqiyyətlər arzulayıb.

Komitə sədri bildirib ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. Bunlardan 3-ü beynəlxalq Sazişlərdir. Belə ki, Azərbaycan və Vyetnam hökumətləri arasında hava əlaqələri haqqında, o cümlədən bu ölkə ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, həmçinin San-Marino hökuməti ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Sazişlər ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına xidmət edir.

Gündəlikdəki digər məsələlər isə Ticarət Gəmiçiliyi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Təbii inhisarlar haqqında” və “Gömrük tarifi haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir. Z. Səmədzadə deyib ki, bu 4 qanuna təklif olunan dəyişikliklər “Dəniz limanları haqqında” qanunun tətbiqini və “Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan prezidentinin 2014-cü il 14 may tarixli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Deputatların fikirləri dinlənildikdən sonra gündəlikdəki 7 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR