"Bank VTB (Azərbaycan)"ın səhmdarları gələn ay toplaşacaq

"Bank VTB (Azərbaycan)"ın səhmdarları gələn ay toplaşacaq
# 19 aprel 2016 14:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Mayın 31-də “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyinə bankın səhmdarlarının növbəti ümumi yığıncağının katibinin seçilməsi, bankın 2015-ci ildə maliyyə hesabatlığının müzakirəsi, bankın 2015-ci il üzrə mənfəətinin paylaşdırılması və dividendlərin ödənilməsi kimi məsələlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR