Dövlət Gömrük Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib
# 08 yanvar 2016 10:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR