Komitə sədri Ramiz Həsənov Sabiq Abdullayevi özünə köməkçi təyin edib

Komitə sədri Ramiz Həsənov Sabiq Abdullayevi özünə köməkçi təyin edib
# 08 dekabr 2015 10:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində kadr dəyişikliyi baş verib.

APA-Economics”in əldə etdiyi məlumata görə, komitə sədri Ramiz Həsənovun müvafiq əmri ilə Sabiq Abdullayev onun köməkçisi təyin olunub.

Qeyd edək ki, bundan öncə S. Abdullayev Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru olub.

Komitənin mətbuat katibi Fazil Talıblı “APA-Economics”ə məlumatı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR