Rusiyanın Bakıdakı səfirliyində rus dili müəllimləri üçün Yeni il bayramı təşkil edilib

Rusiyanın Bakıdakı səfirliyində rus dili müəllimləri üçün Yeni il bayramı təşkil edilib
# 25 dekabr 2015 13:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Bakıdakı səfirliyində Azərbaycanda rus dilini tədris edən müəllimlər üçün Yeni il bayramı təşkil edilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ölkəsinin Azərbaycanda rus dilinə münasibəti yüksək dəyərləndirdiyini bildirib.

Onun sözlərinə görə, rus dili uzun müddət Azərbaycanın dünyaya çıxış pəncərəsi olub: “Müstəqillik əldə edildikdən sonra da Azərbaycan rəhbərliyi rus dilinin ölkədə geniş tədrisinə şərait yaradıb. Azərbaycanda kifayət qədər rus dilini bilən, rus dilini tədris edən insanlar var. Biz nəinki bu siyasəti dəyərləndiririk, həm də bu siyasətin reallaşmasına töhfə verən şəxsləri qiymətləndiririk. Bu, iki ölkə arasında strateji əməkdaşlığın güclənməsinin əsas faktorudur".

Sonra Bakı Slavyan Universitetinin rektoru Asim Hacıyev çıxış edib və səfirə Azərbaycandakı rus folklorundan ibarət toplu hədiyyə edib.

Tədbirdə Bakı və bölgələrdən olan rus dili müəllimləri iştirak ediblər. Sonda Rusiya xalq artisti Oleq Kulkonun ifasında konsert proqramı başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR