ABŞ Ədliyyə Nazirliyi Amerika şirkətlərinin filiallarına İranda fəaliyyət göstərməyə icazə verib

ABŞ Ədliyyə Nazirliyi Amerika şirkətlərinin filiallarına İranda fəaliyyət göstərməyə icazə verib
# 17 yanvar 2016 00:59 (UTC +04:00)

Bakı-APA. ABŞ Ədliyyə Nazirliyi Amerika şirkətlərinin xarici filiallarına İranda fəaliyyət göstərməyə icazə verib. APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb. Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR