Bakıda maşın yoldan keçən qadını vurub

Bakıda maşın yoldan keçən qadını vurub
# 30 may 2016 10:55 (UTC +04:00)

Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 28-də saat 10 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Orxan Muxtarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Südabə Rəhimovanı vurub. Xəstəxanaya yerləşdirilmiş S.Rəhimova orada ölüb.

Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR