AZAL gələn aydan Bakı-Dubay istiqamətində əlavə reyslər həyata keçirəcək

AZAL gələn aydan Bakı-Dubay istiqamətində əlavə reyslər həyata keçirəcək
# 21 iyul 2016 12:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. "Azərbaycan Hava Yolları" QSC (AZAL) gələn aydan Bakı-Dubay istiqamətində əlavə reyslər həyata keçirəcək.

Bu barədə “APA-Economics”ə AZAL-dan məlumat verilib.

Məlumata görə, buna qeyd olunan istiqamətdə uçuşlara tələbatın artması səbəb olub.

“Avqustun ayının 10-dan etibarən Bakı-Dubay istiqamətində "Azərbaycan Hava Yolları" QSC (AZAL) əlavə reyslər həyata keçirəcək”, - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR