“Rabitəbank” gələn ilin büdcə proqnozlarını təsdiqləyəcək

“Rabitəbank” gələn ilin büdcə proqnozlarını təsdiqləyəcək
# 08 dekabr 2017 05:30 (UTC +04:00)

“Rabitəbank” ASC Müşahidə Şurasının 6 dekabr 2017-ci il tarixli 109 saylı qərarına əsasən, 2018-ci il yanvarın 17-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

APA-Economics” bankın yaydığı elana istinadən xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının keçirilməsi Bakı şəhəri, 28 May küçəsi 33 nömrəli ünvanda yerləşən bankın inzibati binasında, saat 17:00-a təyin edilib.


Yığıncağın gündəliyinə bankın 2018-ci il üçün tərtib edilmiş büdcə proqnozlarının təsdiq edilməsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR