İlin əvvəlindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 5,7 mln. manat ödənilib

İlin əvvəlindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 5,7 mln. manat ödənilib
# 03 aprel 2015 13:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbarı Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 416 sığorta tələbi üzrə 1 mln. 654,266 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İSB-dan “APA-Economics”ə verilən xəbərə görə, ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

Nəqliyyat vasitəsinə dəyən zərər üzrə

Əmlaka dəyən zərər üzrə

Sağlamlığa dəyən zərər üzrə

Şəxsin ölümü üzrə

Cəmi

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

1,320

1,462,906

39

57,360

41

54,000

16

80,000

1,416

1,654,266

Mart ayında İSB tərəfindən 11 kompensasiya tələbi üzrə 37 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Ümumilikdə, 2015-ci ilin 1-ci rübündə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 4 905 sığorta tələbi üzrə 5 mln. 708,343 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR