Beynəlxalq elmi konfransın iştirakçıları Quba kütləvi məzarlığını ziyarət ediblər - FOTO

Beynəlxalq elmi konfransın iştirakçıları Quba kütləvi məzarlığını ziyarət ediblər - <span style="color: red;">FOTO
# 09 aprel 2015 09:12 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cumhuriyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun Atatürk Araştırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)" adlı II beynəlxalq elmi konfransın iştirakçıları Quba Soyqrımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət ediblər. APA-nın şimal bürosunun xəbərinə görə, qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqrım barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

Qonaqlar gördükləri mənzərədən dəhşətə gəldiklərini vurğulayıblar. Onlar insanlıq tarixinin bir daha belə hallarla qarşılaşmaması üçün çalışmalı olduqlarını dilə gətiriblər. Üç gün davam edəcək beynəlxalq konfransda ümumilikdə 100-dən artıq tanınmış alim və mütəxəssis iştirak edir. Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Kipr, Gürcüstan, Polşa, Rusiya və Türkiyədən 58 nəfər alim məruzələrlə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR