Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 04 iyul 2015 10:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda 56 yaşlı qadın yol qəzasında ölüb.

Paytaxtın Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakini, İsmayıl İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Səkinə Əliyevanı vurub. S. Əliyeva hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR