2014-2015-ci tədris ilində Azərbaycanda lisenziya verilmiş təhsil müəssisələrinin adları açıqlanıb

2014-2015-ci tədris ilində Azərbaycanda lisenziya verilmiş təhsil müəssisələrinin adları açıqlanıb
# 20 aprel 2015 08:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2014-2015-ci tədris ilində Azərbaycanda lisenziya verilmiş təhsil müəssisələrinin siyahısı açıqlanıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu tədris ilində 14 təhsil müəssisəsinə lisenziya verilib, 2 özəl ali təhsil müəssisəsinə verilən lisenziyanın müddəti uzadılıb.

2014-2015-ci tədris ilində lisenziya verilmiş özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 11 olub. Bunlar “Beybi Smayl” uşaq bağçası, “Şəhrizad” körpələr evi- uşaq bağçası, “Albalı” uşaq bağçası, “Güvən” körpələr evi-uşaq bağçası, “Olimp – H Uşaq Bağçası” MMC, “Pleyorena” məktəbəqədər tərbiyə müəssisəsi, “Yeni Nəsil” körpələr evi-uşaq bağçası MMC, “Yeni Nəfəs” uşaq bağçası, “Günəş” məktəbəqədər tərbiyə müəssisəsi, “Göy Qurşağı 2013 Uşaq Bağçası” MMC və “Sehrli Aləm” körpələr evi-uşaq bağçasıdır.

2014-2015-ci tədris ilində “İstək” və “Kaspi” özəl liseylərinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinə əlavə təhsil müəssisələrinə lisenziya verilib.

2014-2015-ci tədris ilində 2 özəl ali təhsil müəssisəsinin lisenziya müddəti uzadılıb. Bunlar Qafqaz Universiteti və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR